"Müslüm" filmindən bir qəpik almadım"

"Müslüm" filmindən bir qəpik almadım"
901 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu günə qədər 4,5 milyona qədər insanın izlədiyi məşhur "Müslüm" filmiylə bağlı qalmaqal yaşanıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Müslüm Gürsesin həyat yoldaşı Muhterem Nur ekran işindən pul almadığını söyləyib.

"Beyaz TV"də yayımlanan "Söylemezsem Olmaz" proqramına danışan Muhterem Nur "Xaricdən və Türkiyədən aldığım qocalıq maaşı ilə əlimə ayda 6 min lirə gəlir. Yanımda işləyənlərin maaşını verdikdən sonra 2 min lirə qalır. Onunla dolanıram" deyib.

İfaçının xanımı "Müslüm" filmiylə bağlı da danışıb. O bildirib ki, yaradıcı heyət filmdən gələn gəlirdən ona bir qəpik də verməyib.

Ekran işinin yaradıcısı Mustafa Uslu isə Muhterem xanımın nə istəsə, onu edəcəyini bildirib.