Bir neçə gün əvvəl Türkiyəyə əməliyyat üçün gedən aparıcı Vüsalə Əlizadə vətənə geri dönür.

Axşam.az xəbər verir ki, bu barədə Vüsalə özü məlumat verib.

O, səhhətinin hazırda yaxşı olduğunu qeyd edib:

"Can ağrısı qədər ağır bir yük yoxdur həyatda. Bu gün vətənimdəyəm, inşaAllah. Çox yaxşıyam, şükürlər olsun Allahıma".

Xatırladaq ki, "Dəb mənəm" verilişinin aparıcısının səhhətində bir neçə gün öncə problemlər yaranıb. Bunun üçün o, İstanbula yola düşüb. Vüsalə özəl xəstəxanaların birində əməliyyat olunub.

Qeyd edək ki, Vüsalə uzun illər əvvəl böyrəyindən əməliyyat olub. O, hazırda anasının böyrəyi ilə yaşayır.



                 

Digər Xəbərlər