"Fəlakət"in qala gecəsi keçirildi - Fotolar

"Fəlakət"in qala gecəsi keçirildi - Fotolar
2682 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda ticarət mərkəzlərindən birində "Fəlakət" filminin qala gecəsi keçirilir.

Axşam.az xəbər verir ki, ekran işinin baş rol ifaçısı aktyor Elşən Orucovdur. O, bu dəfə "Fəlakət" obrazında filmə "Şəmi", "Şöşü", "Ağsaqqal", "Şirin" və "Qılman"sız çəkilib.

Ekran işi haqda təəssüratlarını bölüşən Elşən bunları deyib:

"İlk dəfədir ki, "Fəlakət" kimi tək çəkilirəm. Mənim üçün riskli və məsuliyyətli iş idi. Amma komandadan arxayınam idim. Rejissor Emin Quliyev, operatorlar peşəkar insanlardır. Həm də film üçün alacağım qonorar məni qəne etdiyi üçün təklif gələndə dərhal razılaşdım. İnanıram ki, “Fəlakət”lə insanların simasında gülüş yarada biləcəyik”.