Əbdül Xalid xəstəxanaya yerləşdirildi: "Vəziyyəti yaxşı deyil"

Əbdül Xalid xəstəxanaya yerləşdirildi: "Vəziyyəti yaxşı deyil"
5967 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əbdül Xalid xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçının prodüseri Nicat məlumat verib. O, Xalidin 3 gün ərzində əməliyyat olunacağını bildirib:

"Vəziyyəti yaxşı deyil. Sistem köçürülüb. Ağrıkəsici və yuxuya getməsi üçün iynələr vurublar. Ağrı çox güclü idi. Ayağa dura bilmirdi. İnşallah, əməliyyat uğurla keçər".

Prodüser sənətçinin böyrəyindən əməliyyat olunacağını qeyd edib.