"İştahım çox yaxşıdır. Kompleksim yoxdur, amma bilirəm ki, arıqlamaq lazımdır. Çünki ekran insanı 8 kiloqram artıq göstərir. Hardasa 3-4 kilo atmalıyam. Düzünü desəm, bunun üçün heç nə etmirəm. Amma etməliyəm".

Bu sözləri Axşam.az-a açıqlamasında aktrisa Ülfət Bəşir deyib. Hər dəfə geyimləri ilə gündəmə gələn Ülfət bunun onu narahat etmədiyini söyləyib:

"Geyimlərim haqda yazılması mənə problem yaratmır. Çünki ətrafımda olanlar necə insan olduğumu bilir. Nə istəyirlərsə, yazırlar.

Ümumiyyətlə, məndən əvvəl kiminsə geyimi haqda nəsə deyilməmişdi. İlk dəfə mən "Stalinin başı" filminin qalasında elə bir addım atdım. Ağlıma gəlməzdi ki, mənim barəmdə yazılsın. Bir dəfə də dekoletmə görə yazmışdılar.

Məndən sonra qalalarda belə hallar çoxalmağa başladı. Mən heç kimi təkrarlamadım. Mənim hədəfim Hollivud ulduzlarının qalada geyindiyi libaslar idi. Onlara baxıb nəsə düşünürəm".

Ülfət rol aldığı “Əfsanə qayıdır” filminin də qalasına hazırlaşdığını bildirib:

"Çox uğurlu olacaq. Çünki çox sevilən aktyorlar çəkilib: Fərda Xudaverdiyev, Dilarə Əliyev, Nicat Rəhimov, Elxan Yunis və mən. Qala bir ay sonra olacaq. Geyinmək üçün ağlımda bir neçə libas var. Onlar arasında seçim edəcəm. Geyinəndə rəfiqələrimin fikrini dinləyirəm. İnstaqramda bütün brend səhifələri izləyirəm. Bir stili ağlımda tuturamsa, ona uyğun nəsə etməyə çalışıram. Nəyisə həddən artıq bəyənirəmsə, qiymətə baxmıram".

 
 
 
 


                 

Digər Xəbərlər