Vüsalədən oğlu ilə fotosessiya

Vüsalədən oğlu ilə fotosessiya
6416 dəfə oxunub
  • A-
  • A
  • A+

Telejurnalist və aparıcı Vüsalə Kərimova oğlu ilə birlikdə azvision.az saytının fotosessiyasında iştirak edib.

Qeyd edək ki, Vüsalə 25 oktyabr 1977-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. İlk televiziya fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının 1-ci kanalında «Manevr» hərbi proqramından başlayıb.

Daha sonra "Sara" televiziyasında “Ana xəbər”i aparıb, "Lider" və "Space" kanallarında qısa müddətdə bir sıra verilişlərdə çalışıb. Daha sonra 5 il ATV telekanalında "Ana xəbər" bülletenini təqdim edib.

Ardınca İctimai Televiziya və Radio Yayımları Şirkətinin «İnformasiya» departamentinin direktor müavini və «Carçı» informasiya proqramının aparıcısı olub. Araz radiosunun baş redaktoru və MUZ TV-nin icraçı direktoru kimi işləyib. Hazırda isə “SOY” prodakşnın hazırladığı və "Space" televizyasında yayımlanan “Gün aydın” verlişinin aparıcısıdır.

Ailəlidir, bir oğlu var. Oğlu "Qalatasaray" futbol məktəbində qapıçıdır.

Foto: Kəmalə Hüseynova