22 yaşlı model ərə gedir

22 yaşlı model ərə gedir
829 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Bella Hadid sevgilisi The Weeknd-ə ərə getməyə hazırlaşır.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bir neçə ay əvvəl başlayan sevgi macərası nikah masasında bitəcək.

Cütlüyə yaxın olan mənbə bildirib ki, cütlük bir-birini dəlilər kimi sevir. "Musiqiçi modelə bu yaxınlarda təmtəraqlı evlilik təklifi edəcək" deyə, adının açıqlanmasını istəməyən mənbə qeyd edib.

Bu günlərdə ad gününü qeyd edən Hadid sevgilisindən bahalı hədiyyə də alıb. Onun məclisdən videosu sosial şəbəkədə yayılmışdı.