"Ən gözəl evli qadın" seçildi - Fotolar

"Ən gözəl evli qadın" seçildi - Fotolar
3541 dəfə oxunub
  • A-
  • A
  • A+
Belarusun paytaxtı Minskdə evli qadınlardan ibarət gözəllik yarışması keçirilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, müsabiqənin qalibi 1 qız övladı olan 31 yaşlı aktrisa və jurnalist Yekaterina Sakoviç seçilib.

Tacını alan Yekaterina 2019-cu ildə Çində keçiriləcək "Ən gözəl evli qadın" yarışmasında ölkəsini təmsil etmək haqqı əldə edib.

Qeyd edək ki, yarışmada 16 ailəli qadın iştirak edib.