"Number one" mükafatları sahiblərinə çatdı - fotolar

"Number one" mükafatları sahiblərinə çatdı - fotolar
3114 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “Niel” restoranında “Number one” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, bir müddətdir sosial şəbəkələrdə aparılan sorğu nəticəsində müəyyənləşən ilin ən yaxşılarının adları açıqlanıb. Gecənin aparıcısı Tural Ozan və Sevil-Sevinc bacıları olub. Maraqlı anların yaşandığı mərasimdə xalq artisti Faiq Ağayev iki nominasiya üzrə təltif olunub. Belə ki, o, “İlin müğənnisi” və “İlin konserti” mükafatlarını qazanıb.

Əməkdar artist Elza Seyidcahan, müğənni Xatirə İslam, Rüfət Axundov, Günay İbrahimli, Azəri qızı Günel, Elçin Cəfərov, Elnur, Mətanət Əsədova, Elçin Hüseynov, reper Qurd, dicey Çina, rəqqasə Oksana Rəsulova, Aşıq Namiq, stilist Samiraldo, aktrisa Dilarə Əliyeva, görücü Yeganə Zeynalova və başqaları mükafatlandırılanlar sırasında yer alıb. Sənətçilərlə yanaşı “Aygün” jurnalı “İlin dərgisi”, ATV telekanalında yayımlanan "Səni axtarıram" verilişi "İlin reytinqli TV layihəsi", "Maşın" şousu "İlin möhtəşəm şousu" seçilib. İlin “Number one” prodüseri Tarix Əliyev (Tolik) olub.

Axşam.az isə "İlin ən yaxşı maqazin saytı" adına layiq görülüb.

Foto: Rəşad ABBASOV