“Mehriban Əliyeva həm gözəl, həm də ağıllıdır...”

“Mehriban Əliyeva həm gözəl, həm də ağıllıdır...”
3514 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əgər dünya prezidentlərinin həyat yoldaşlarının gözəllik müsabiqəsini elan etsək, o zaman birinci yeri böyük fərqlə Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva tutar”.

Axşam.az "qafqazinfo.az"-a istinadən xəbər verir ki, bu sözləri  “Soverşenno sekretno” proqramında tanınmış rusiyalı publisist və alim-psixoloq, “Rusiyanın qızıl pero” mükafatı laureatı, bir sıra köşə yazılarının müəllifi Leonid Radzixovskiy deyib.

Proqramın budəfəki bölümü müxtəlif dövrdə yaşayan və müxtəlif xalqların nümayəndələri olan qadınların siyasətdəki roluna həsr olunub. Söhbət lider qadınların, prezident xanımlarının gözəlliyindən düşəndə isə Leonid Aleksandroviç Mehriban xanımı dünyanın ən gözəl prezident xanımı hesab etdiyini bildirib. Proqramın aparıcısı isə “o həm gözəl, həm də ağıllıdır” deyə əlavə edib. Radzixovskiy isə dərhal bu fikirlə razılaşaraq Əliyevanın Azərbaycanda öz imici ilə brend olduğunu qeyd edib:

“Azərbaycanda Əliyevləri sevən, hətta sevməyənlər hər kəs fəxr edir ki, prezidentlərinin belə xanımı var”.