Noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində meksikalı pianoçu Xesus Lepe Riko konsert proqramı ilə çıxış edib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Konsertdən əvvəl Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores çıxış edərək tədbirin iki ölkə və xalqın yaxınlaşmasına, mədəniyyət və incəsənətinin qarşılıqlı tanıdılmasına töhfə vermək məqsədilə keçirildiyi vurğulanıb.

Musiqili gecədə İohann Sebastyan Bax, Lüdviq van Bethoven və Frederik Şopen kimi dünya klassiklərinin, habelə Meksikanın bəzi tanınmış bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, Xesus Lepe Riko Tamaulipas ştatının Tampiko şəhərində anadan olub. Musiqi təhsilini Tamaulipas Muxtar və Verakruz universitetlərində alıb. Bir sıra milli mükafatlara layiq görülüb. Meksikanın bir çox səhnələrində solist kimi çıxış edib. Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur. Bundan əlavə, 2011-ci ildən bu günə kimi Verakruz ştatının Papantla de Olarte “Lazara Meldiu” Bələdiyyə Mədəniyyət Evinin piano sinfinin rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.







                 

Digər Xəbərlər