Noyabrın 30-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar incəsənət xadimi Arif Babayevin anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Bu barədə Axşam.az-a Dövlət Film Fondunun mətbuat xidmətindən məlumat verilib.

Tədbir Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi açılacaq, milli kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq.



                 

Digər Xəbərlər