Bu gəlinin həyat hekayəsi insanları ağladır - Fotolar

Bu gəlinin həyat hekayəsi insanları ağladır - Fotolar
6554 dəfə oxunub
  • A-
  • A
  • A+
Arizonada yaşayan Debbi Gerlaç adlı qız internet fenomeni olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Debbinin paylaşdığı fotolar və sosial şəbəkə vasitəsi ilə danışdğı həyat hekayəsidir.

Belə ki, toyuna bir neçə həftə qalmış Gerlaçın nişanlısı Randi Zimmerman motosiklet qəzasına düşərək həyatını itirib. Buna baxmayaraq Debbi gəlinlik geyinib və çəkilmiş şəkillərdə yanına Randini fotoşopla qoyub. O, hazırladığı şəkilləri hesabında paylaşıb və belə bir şərh qeyd edib:

"Bu gün həyatımın ən gözəl günü olmalı idi. Bu gün ən yaxın insanımla ailə quracaqdım. Hər kəs bizim bir-birimizi nə qədər sevdiyimizə bu gün şahid olacaqdı. Bir-birimizə bir ömür bir yerdə olmaq sözü verəcəkdik. Onun xanımı olacaqdım. Zimmerman soyadı daşıyacaqdım. Amma onu qəzada itirdim. Bu gün yalnız oyandım və dərk etdim ki, həyatımın eşqi ilə evlənə bilməyəcəm. Lakin gəlinliyimi geyindim. Xəyal da olsa, onun yanımda olduğunu hiss etmək istədim. Bu yazımı oxuyan hər kəsə səslənirəm. Diqqətli olun. Sevdiklərinizi tək qoymayın".

Debbinin fotolarını görən və həyat hekayəsini oxuyan izləyicilər kədərləndiklərini, hətta bəziləri göz yaşlarına hakim ola bilmədiklərini qeyd ediblər.