Neslihan Atagül Bakıya gəldi: "Ət qutabınızı bəyənirəm"

Neslihan Atagül Bakıya gəldi:  "Ət qutabınızı bəyənirəm"
4848 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Neslihan Atagül Bakıya gəlib.

Axşam.az xəbər verir ki,  sənətçi “Altın kelebek” ödülləri ilə bağlı keçirilmiş tədbirdə jurnalistlərin suallarını cavablandırıb. Onun Bakıya səfəri 1 günlük planlanıb.  Buna səbəb isə bu günlərdə aktrisanın iş qrafikinin sıx olmasıdır. 

“Sabah burada ola bilməyəcəm. İstanbulda işlərim var. Amma kiçik bir video çarx çəkilib. Heç kimin haqqına girmək istəmirik. Namizədlərdən kim layiqdirsə, o da qazansın. Bura ikinci gəlişimdir. İnanılmaz qonaqpərvərsiniz. Çox təmiz və işıqlı şəhəriniz var. Qutabınızı bəyənirəm. Ən çox da ət qutabını. Amma şəhəri gəzmək imkanım olmur” deyə, aktrisa bildirib.

Qeyd edək ki, “Altın kelebek” ödüllərinin bu ilki Azərbaycandan namizədləri  xalq artisti Aygün Kazımova, müğənnilər Günay İbrahimli, Dilarə Kazımova, Səmra Rəhimli, Aysel Əlizadə, Roza Zərgərli və Xatirə İslamdır. Dekabrın 2-də baş tutacaq konsertdə isə Türkiyəyə gedəcək 3 finalistin adı açıqlanacaq.

Ötən il əməkdar artist  Röya Ayxan “Azərbaycanın parlaq ulduzu” nominasiyasında qalib olub.

Foto: İlqam CƏBİYEV