Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Xəlilbəyli və aktyor Murad İsmayılın toyu olacaq.

Axşam.az-ın məlumatına görə, məclis sabah şəhər restoranlarından birində baş tutacaq.

Aktrisa artıq toy dəvətnamələrini yayıb. O, “Çox qəribə hisslər yaşayıram hazırda, hansı ki, onu kəlimələrlə başa sala bilmirəm. Bu gün evimizdə keçirdiyim son günümdür. Mənə bu qədər çətin olacağını təsəvvür edə bilmidim. Ümumiyyətlə ərə getmə prosesinin bu qədər gərgin, stresli olacağını ummurdum. Ay subaylar, başınıza gəlsin. Mənə yaxın olan hər kəsi sabah yanımda görmək istəyirəm" deyə bildirib.

Qeyd edək ki, noyabrın 26-da Ülviyyənin xına mərasimi olub. Murad və Ülviyyə "Vicdan haqqı" serialının çəkilişi zamanı tanış olublar. Onların nişanı iyulda olub. Avqustda isə aktyorların nikah mərasimi baş tutmuşdu.



                 

Digər Xəbərlər