Bella Hadid Bekhemin yanında oturmaq üçün nələr etdi...

Bella Hadid Bekhemin yanında oturmaq üçün nələr etdi...
1707 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkədə "Dior"un kişi kolleksiyası ilə bağlı video çarx yayılıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, görüntüdə yer alan 22 yaşlı model Bella Hadidi izləyicilər tənqid ediblər. Onlar modelin Devid Bekhemə şirinlik etdiyini yazıblar. 

Bella Bekhemlə qonşu kresloda oturmaq üçün əlindən gələni edib və buna nail olub. Amma Bekhem oturacaqdan durarak modellə yaxınlaşmamaq üçün əlindən gələni edib. O, hətta Bellaya baxmamaq üçün gözlərini qaçırdıb. Keçmiş futbolçunun qəribə hərəkətləri hər kəsi təəccübləndirib. 

Bəlli olub ki, Bella ilə görüş Devidin başına bəla olub. Bu, onun ailəsində mübahisələr yaradıb. Parisdə stadionda üz-üzə gələn Devid və Hadid ətrafdakıların nəzərindən qaçmayıb. Söhbət Viktoriya Bekhemin də qulağına gedib çatıb. Modelin Devidlə mehriban söhbətinə Viktoriya əsəbiləşib.

Buna görə də "Dior"un nümayişi zamanı Devid bacardığı qədər Belladan uzaq gəzməyə çalışıb.