“Sevgi şimşəyi” tamaşasının premyerası olub

“Sevgi şimşəyi” tamaşasının premyerası olub
283 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının yeni tamaşasının Aktyorlar evində premyerası olub.

Mədəniyyət Nazirliyindən Axşam.az-a bildirilib ki, böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.

Qeyd edək ki, “Sevgi şimşəyi” tamaşasının noyabrın 13-dən 25-dək Türkiyənin Bilecik şəhərində keçirilmiş 13-cü Beynəlxalq Teatr Festivalında ilk nümayişi keçirilib.