Gözəl görünmək üçün bunları edin

Gözəl görünmək üçün bunları edin
2717 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər bir xanım baxımlı görünmək üçün müxtəlif üsullara əl atır. Bəzən salona üz tutur, bəzənsə ev şəraitində nələrsə edir.

Axşam.az xanımlara gözəl görünmək üçün hər gün edə biləcəkləri məsləhətlər təqdim edir:

1. Saçlarınızın daha tez uzanması üçün yatmazdan əvvəl onları darayın. Saçlarınızı yığıb yatsanız, onlar qırılacaq. Çalışın onları açıq qoyasınız.

2. Dərinizin parıltılı olmasını istəyirsinizsə, gecə yatmazdan əvvəl və səhər yuxudan oyanan kimi onu təmizləyin. Təmizlədikdən sonra onu gül suyu ilə silin və sonra nəmləndirici krem sürtün.

3. Vanna qəbul etdikdən sonra dərinizin yumşaq olmasını istəyirsinizsə, bədəninizə hind qozu yağı sürtün.

4. Kirpiklərinizin daha uzun və qalın olmasını istəyirsinizsə, onun dibinə şirin badam yağı sürtün. Hər gün təkrarlasanız, təsirini görərsiniz.

5. Dərinizdəki ləkələrdən xilas olmaq üçün onu mütləq alma sirkəsi qatılmış su ilə silin.

6. Saç tökülməsinin qarşısını almaq üçün hər iki gündən bir baş dərinizi badam və ya sarımsaq yağı ilə massaj edin və 1 saat saxlayın.