Ruhi: “Canlı yayımda bizdən küsüb getdi” - fotolar

Ruhi: “Canlı yayımda bizdən küsüb getdi” - fotolar
2889 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün “Özünə bax 2” zövq yarışmasının yekunu ilə bağlı mətbuat konfransı keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirdə layihənin finalı haqda yayılan söz-söhbətlərə son qoyulub. Verilişin siması Ruhi Əliyeva səslərdən şikayət edən iştirakçılara bəzi dəlillər nümayiş etdirib:

“Finaldan sonra çox şey danışıldı. Yarışmaçılardan biri 20 min, digəri isə 30 minlik səs verdiyini iddia etdi. Hər bir iştirakçıya gələn səslərin sənədləri var. Digər tərəfdən stilist Nasir Babayev final günü bizdən incidi. Ona əvvəlcədən demişdik ki, fəxri qonağımızsan, münsif kürsüsündə olmayacaqsan. Amma canlı yayımda bizdən küsüb getdi. Nasir bizim daimi münsifimiz olmayıb”.

R.Əliyeva qalib Sevinc Bayramovanın mənzilinin təhvil verildiyini bildirib:

“Sevinc dünən rəsmən evinə sahib oldu. Sənəd, qeydiyyat işləri həll edildi. O, evinə baxdı və çox bəyəndi. Brilyant dəst ikinci yerin sahibinə final günü verilmişdi. İtaliya səyahətini qazanan iştirakçı isə hədiyyəsinə bu gün qovuşdu”.

ATV-nin nümayəndəsi Tünzalə Əzimova finalçılara verilən səslərin dəqiq sayını  təqdim edib. O, bütün səslərin düzgün hesablandığını və layiqli iştiakçının qalib seçildiyini vurğulayıb.

Foto: Rəşad ABBASOV