Seda Sayan təhqirlərə cavab verdi

Seda Sayan təhqirlərə cavab verdi
2809 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftə "Oğlumun kasıb qızla evlənməsini istəyirəm" sözləri ilə gündəmə gələn Seda Sayan onu tənqid edənlərə sərt cavab verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkədə Sedanın kasıb adamları təhqir etdiyi ilə bağlı şərhlər yazılıb.

"Oğlumun kasıb qızla evlənməsini istəməyim təhqir kimi qarşılandı. O zaman serialları da dəyişdirin. Kasıb ailədən gəldiyim üçün bunu dedim. Oğlumun da qızın ailəsinə xeyri dəysin istədim. Hələ də kasıb evdə yaşayıram. Siz kimsiniz ki, məni tənqid edirsiniz? O ki qaldı Oğulcanın kasıb qızla evlənməyinə, burada nə problem var, başa düşmədim" deyə, Seda açıqlama yayıb.