Boşandıqdan sonra ilk dəfə bir araya gəldilər - Fotolar

Boşandıqdan sonra ilk dəfə bir araya gəldilər - Fotolar
2406 dəfə oxunub
  • A-
  • A
  • A+
10 illik evliliklərini iyul ayında sona çatdıran müğənni Mustafa Sandal və Emina Yahovic boşandıqdan sonra ilk dəfə birlikdə kamera qarşısına keçiblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikili mükafatlandırma mərasimlərindən birində görüntüləniblər.

Mustafa və Emina bərabər jurnalistlərin suallarını cavabladırıblar. Mustafa deyib:

"Ən böyük həqiqət bizim uşaqlardır. Ötən gün də birlikdə başqa bir mükafatlandırma mərasimində olmalı idik. Kiçik oğlum Yavuz bir az xəstə idi. Biz də ana, ata olaraq göz-gözə, qəlb-qəlbə birlikdə orada idik".

Sandal adının başqa xanımlarla hallanması haqda isə "Bilirsiniz ki, kiminləsə ciddi münasibətdə olsam, əlindən tutub qarşınıza çıxaracam" sözlərini vurğulayıb.

Qeyd edək ki, boşandıqdan sonra Emina iş adamı Sadettin Saranla eşq yaşamağa başlayıb. Mustafanın isə adı əvvəlcə Ceren Hindistan, sonra İrmak Ünalla hallanıb. 

Xaıladaq ki, cütlüyün iki oğlu var.