Qadınlar həmişə gözəl görünməyə çalışırlar. Lakin bəzən onların gözəllik salonlarına getməyə vaxtları olmur.

Axşam.az xarici mediaya istinadən belə xanımlar üçün ev şəraitində hazırlanmış maskaları təqdim edir:

Yerköküdən hazırlanmış maska - 1 x.q. xama, 1 yumurta sarısı və 1 x.q. yerkökü şirəsini qarışdırın. Alınmış maskanı üzünüzə çəkin və 20 dəqiqə saxladıqdan sonra əvvəl ilıq, sonra isə sərin su ilə yuyun. Maska dərinin solğunluğunu aradan götürür, dərini hamarlaşdırır.

Sitrus maskası - limonun, portağalın və ya qreypfrutun şirəsini sıxın. Alınmış şirəyə 1 ç.q. bal əlavə edib yaxşıca qarışdırın. Maskanı üz dərinizə çəkin və 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Maska daha çox yağlı dəriyə uyğundur. O dərini azca qurudur və səpgini aradan qaldırır.

Kəsmikdən hazırlanmış maska - 1 x.q. xamanı 1 x.q. kəsmiklə qarışdırın və üzərinə bir çimdik duz səpin. Maskanı üzünüzə çəkib 15 dəqiqəlik saxlayın, sonra isə ilıq su ilə yuyun. Bu normal dəri üçün nəmləndirici maskadır.

Baldan hazırlanmış maska - 1 x.q. yulaf ununun 1 ç.q. bal və qatılaşana qədər alma şirəsi ilə qarışdırın. Maskanı üz və dekolte sahəsinə çəkin, 15 dəqiqə saxladıqdan sonra isə ilıq su ilə yuyun.

Yumurta və yulafdan hazırlanmış maska - 1 x.q. yulaf və ya qarğıdalı ununu 1 yumurta ağı ilə köpük halına qədər qarışdırıb üz dərinizə çəkin. Maska quruduqdan sonra onu nəm pambıq tikəsinin köməyi ilə təmizləyin, sonra isə üzünüzü ilıq su ilə yuyun. Maska üz dərisini əla təmizləyir və bərkidir, normal və quru dəri üçün daha uyğundur.

Daim üz dərinizi masaj edin - dəridə qan dövranını yaxşılaşdırmaq və şişləri aradan qaldırmaq üçün ev şəraitində üz masajı etsəniz daha yaxşıdır.

 



                 

Digər Xəbərlər