Müğənni Nura Surinin "Gitme" adlı klipi sosial mediada müzakirələrə səbəb olub.

Axsam.az xəbər verir ki, buna səbəb ekran işindəki yataq səhnələridir.

Belə ki, müğənninin həmin kadrlarda gənc oğlanla yataqda uzanması, döyülməsi və sonda öldürülməsi istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər iddia edib ki, Suri qadına şiddəti təbliğ edir.

Qeyd edək ki, sözügedən klipdə Nura psixi problemi olan sevgilisi tərəfindən boğularaq öldürülür. Ekran işini Nuran Məmmədov ərsəyə gətirib.



                 

Digər Xəbərlər