"Keçmiş həyat yoldaşım da mənə əl qaldırıb" - Nura Suri

"Keçmiş həyat yoldaşım da mənə əl qaldırıb" -  Nura Suri
1777 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nura Suri yeni klipi ilə bağlı sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçinin "Gitme" adlı ekran işində qadına şiddəti təbliğ etdiyi bildirilib. Nura sosial şəbəkədə ünvanına yazılan bu kimi iradları qəbul etməyib:

"Əslində, bu klipi çəkəndə bu haqda danışacaqdıq. Sadəcə, bununla bağlı başqa tədbirlər keçirilirdi deyə, danışmadıq. Bu, xanımlara bir ismarıcdır ki, diqqətli olsunlar. Hətta rejissor Nuran Məmmədov da müsahibəsində qeyd etmişdi ki, klip zamanı xırda amillərdən oğlanın psixi problemi olduğunu tutmaq olurdu. Lakin qızın oğlandan elə xoşu gəlmişdi ki, bu qəribəliklər ona şıltaqlıq kimi görünürdü. Nəticədə bu insan faciəvi şəkildə məni boğur.

Rejissor mənə ssenarini danışanda təəccüblənmədim, çünki keçmiş həyat yoldaşım da mənə əl qaldırdığına görə ondan ayrılmışam. Bu kimi şeylər bir çox qadınların başına gəlir. Baxırsan ki, hər şey normaldır. Elə anlar var ki, kişilər özlərinə hakim ola bilmir və qadını şiddətə məruz qoyurlar. Bu, sujet xəttidir. Dünya ulduzlarının da kliplərində belə kadrlara rast gəlmək mümkündür. Culia Robertsin, Cennifer Lopezin filmlərində də oxşar səhnələr var. Təbliğatdan əsla söhbət gedə bilməz".