Kira Naytli lezbiyan səhnələrindən danışdı - Fotolar

Kira Naytli lezbiyan səhnələrindən danışdı -  Fotolar
2048 dəfə oxunub
  • A-
  • A
  • A+

Kira Naytlinin baş rolda çəkildiyi "Colette" filminin qala gecəsi keçirilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı aktrisa ekran işində lezbiyan qadın obrazını canlandırıb. Filmin piarı ilə bağlı Kira bir çox yerə müsahibələr verməyə başlayıb. 

Ona ən çox ümvanlanan sual isə Elin Tomlinsonla çəkildiyi lezbiyan kadrları ilə bağlı olub. Filmdə hətta iki qadın arasındakı intim münasibət də yer alıb.

"Lezbiyan səhnələrimizin kişilər tərəfindən tənqid edilməsini istəməzdim. Onu çox gerçək oynamağa çalışdıq. Orada həqiqi ehtiras yaşadığımızı göstərdik" deyə, Naytli bildirib.

Aktrisa eyni zamanda çox açıq-saçıq səhnələrdə yer almaq istəmədiyini söyləyib:

"Düşünürəm ki, açıqlıq kadr arxasında qalanda daha maraqlıdır. Ona görə də biz çox irəli getmədik. Hər zaman daha çox göstərmək mümkündür".