"Dünyayı geziyorum" Azərbaycanda - Video

"Dünyayı geziyorum" Azərbaycanda - Video
1757 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin “Kanal 7” televiziya kanalının məşhur layihələrindən sayılan və tanınmış aparıcı Özlem Tuncanın təqdimatı ilə yayımlanan “Dünyayı geziyorum” verilişinin yaradıcı heyəti Azərbaycanı ziyarət edib.

Axşam.az xəbər verir ki, hər həftənin bazar günü yayımlanan verilişdə nəqliyyatdan tutmuş Azərbaycan mətbəxinə qədər maraqlı görüntülər lentə alınıb, ölkənin turizm imkanları barədə ətraflı məlumat verilib.

Verilişin biri Azərbaycanın paytaxtı Bakı şəhərinin görməli yerləri və tarixi məkanlarına həsr olunub. Bakını Qafqazın Dubayı adlandıran aparıcı paytaxtımızda ilk dəfə şəhər turuna çıxdığını bildirib. 

“Dünyanı geziyorum”un yaradıcı heyəti Bakıda yerləşən türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.

Bakıdan sonra verilişin heyəti Gəncə, Qobustan, İsmayıllı (Lahıc), Qəbələ, Şamaxı və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksindən də xüsusi çəkiliş aparıb.