Məşhurlar və onların mənalı döymələri - Fotolar

Məşhurlar və onların mənalı döymələri - Fotolar
1772 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az xarici KİV-ə istinadən döymələri ilə yadda qalan məşhurların adlarını təqdim edir:

Mayli Sayrus - Sevgisini heç kimdən gizlətməyən aktrisa bunu bədənində də nümayiş etdirir. O, qulağına "Sevgi" (Love) sözlərini yazdırıb.



Ledi Qaqa - onun qolunda olan siçan şəklinin bacısına işarə olduğu bildirilir. Belə ki, siçanın əlindəki iynə onun tikişə olan həvəsini, aşağıdakı yazı isə "Natali" - adını göstərir.



Model Kara Deleving - bu yaxında ayağının altına "Made in England" (İngiltərəyə məxsus) sözlərini yazdırmaqla o ölkəyə aid olduğunu bildirib.



Emma Stoun - anasının xərçəng xəstəliyinə tutulmasından sonra qoluna bu döyməni etdirib. O, bununla xərçəngə qarşı olduğunu nümayiş etdirib.



Meqan Foks - aktrisanın kürəyində “Hamımız ulduzlu kəpənəklərə güləcəyik" sözləri yazılıb. Bu, yazıçı Villiam Şekspirin “Kral Lirin faciəsi" əsərindən bir cümlədir. Aktrisaya görə Hollivud filmlərinin ulduzu ola belə, hələ çox şey öyrənməlidir.