Coşqun Rəhimov ölüm xəbərini yayanlara cavab verdi

Coşqun Rəhimov ölüm xəbərini yayanlara cavab verdi
1580 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Coşqun Rəhimovun ölüm xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, uzun müddətdir xərçəngdən əziyyət çəkən aktyorun qəfil halı pisləşdiyi, xəstəxanaya yerləşdirildiyi və orada dünyasını dəyişdiyi qeyd edilib.

Rəhimov bunla bağlı şayiələrə sosial şəbəkədə cavab verib. O, səhhətinin yaxşı olduğunu, konsertə hazırlaşdığını bildirib:

"Gördüyünüz kimi sağ və salamatam. Hər şey öz qaydasında, yolundadır. Növbəti konsertə hazırlaşıram. Yazılanlara uymayın. Bilmirəm bu nə bəladır. Sağlamlığımda hər şey yaxşıdır. Dualarınızı əskik etməyin. Sağlam günlərdə görüşəyin.

Tiflisdə növbəti konsertimizdir. Amma bu, elə bil ənənəyə çevrilib. Bizim hər konsertdən qabaq Coşqunla bağlı kimsə şayiələr yayır".