"Görmədən səni istəyən qəlbim..." - Günel+Fotolar

"Görmədən səni istəyən qəlbim..." -  Günel+Fotolar
1432 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günel Zeynalova kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, sənətçi yeni fotosessiya etdirib. O, eyni zamanda yeni klip də çəkdirdiyini bildirib. Günel bu dəfə Murad Ariflə duet səsləndirdiyini vurğulayıb:

"Dost kimi ayrılıb, dost ola bilməyən iki sevənin nəğməsi. Tezliklə "Tufan" gəlir. Sözləri və musiqisi Murad Arifə məxsusdur. Çox həyəcanlı və möhtəşəm mahnıdır. Muradla yaza damğa vuracağıq".

Günel çəkilişdən fotoları İnstaqramında paylaşaraq "Görmədən səni istəyən qəlbim, görəndə necə dözsün? Xoşbəxtlik əlin çatdığı çiçəklərdən bir dəstə gül hazırlamağı bacarmaq sənətidir" sözlərini yazıb.