Müğənni Lətifə Soyuöz oğlu Ariflə yeni videosunu yayımlayıb.

Axşam.az-ın məlumatına görə, ifaçı oğlunun 4 yaşını qeyd edib. L.Soyuöz paylaşımına bu sözləri yazıb:  

"Gözümün ağı-qarası, həyatımın ən çətin məqamında dünyaya gələn Arif. Bu günü çox gözəl xatırlayıram və əsla unuda bilməyəcəyim məqamlarla doludur. Sən dünyaya gələn andan həyat öz əsas dərsini verdi mənə, daha güclü, daha möhkəm etdin məni. Səninlə ikimiz bu 4 ildə qayıqda kürək də çəkdik. Sənə həyatında qayıq yox, böyük bir gəminin admiralı olmanı, yaxınlarının isə sənə hər zaman sadiq, dürüst olmasını arzu edirəm. Gələcək həyatında gəmin möhkəm və batmaz olsun".



                 

Digər Xəbərlər