"Namusumla çalışıb ailəmə baxıram" - Günayın keçmiş əri+Fotolar

"Namusumla çalışıb ailəmə baxıram" - Günayın keçmiş əri+Fotolar
4320 dəfə oxunub
  • A-
  • A
  • A+

“Yaprak dökümü” serialı ilə tanınan aktyor Tolqa Karel iki il əvvəl Amerikaya köçüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, turizmlə maraqlanan Karelin işləri Türkiyə və Amerika arasında yaşanan gərginlikdən sonra pozulub. Bir tərəfdən şirkətini idarə edən aktyor, indi də TIR sürücülüyünə başlayıb.

20 illik aktyorluqdan sonra sürücülüyə başlayan aktyoru bir çoxları qınasa da, o, işinə yenə də davam edir. Tolqa bu barədə açıqlamasında belə deyib:

“Bu mənim uşaqlıqdan xəyalım idi. Oyuncaqlarımın çoxu TIR olub. Sosial mediadan yazırlar ki, sürücü olmusan? Mən ailəmə namusumla çalışaraq baxıram. Amerikaya  aktyor olmağa yox, yeni bir həyat qurmağa gəlmişəm. Aktyorluq etməkdənsə, sürücülük edib ailəmə düzgün şəkildə baxaram.

Mən yükdaşıma işində irəliləmək istəyirəm. 750 milyard dollarlıq peşədir. Bu sahəni öyrənmək üçün işə başladım. Şagirdlik etməsən, bir işin ustası ola bilməzsən. Xəyalım bir türk olaraq bu işdə yaxşı yerə gəlməkdir. Burada bu işə vacib sahə kimi baxırlar. İşə başlamaq üçün 14 ayrı sınaqdan keçirsən. Fiziki və psixoloji testlər çətindir. Pilot olmaq belə bu qədər çətin deyil.

Çox qəlizdir. Bəzən 1 ay ailəmdən uzaq qalıram. Diqqət tələb edən işdir. Hərdən milyon dollarlıq yük daşıyırsan. Risk çox olduğu üçün gəlir də yaxşıdır. TIR sürücülüyünə adi sahə kimi baxmayın. Onlar olmasa, marketlərdə məhsul tapılmaz”.

2 il əvvəl Sara Skotti ilə ailə qurub ölkədən gedən, ötən il isə ikinci dəfə ata olan Tolqa Amerikadakı çətinliklərdən bəhs edib:

“Türklər Amerikaya gec gəlib. Yeni bacarıqlı dostlar görürəm. Bu məni xoşbəxt edir. Gəlmək istəyənlərə məsləhətim odur ki, dil öyrənsinlər. Dil bilmədən gəlsəniz, hətta milyon dollarınız da olsa, həmişə əskik qalacaqsınız.

Rəngli dünyadan belə bir həyata gəldim. Mənimki qəribə və maraqlı hekayədir. Gələcəkdə öz həyatımdan film çəkə bilərəm”.

Qeyd edək ki, T.Karelin ilk evliliyi azərbaycanlı model Günay Musayeva ilə olub. İkilinin bir oğlu var.