Aralarında Mesut Özilin də olduğu “Arsenal” futbolçuları narkotik maddədən istifadə edərkən görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “Hippy crack” adlı maddə çəkən Özilin fotoları sosial mediada yayılıb. İddialara görə, 70 qadının da olduğu partinin mövsüm başlamadan öncəyə aid olduğu deyilir.

Şəkillərdə futbolçunun narkotikin təsiri altdında qaldığı və maddəni şarın içindən çəkdiyi görülür. Deyilənə görə, onlar narkotik qəbulundan sonra qəribə davranışlar sərgiləyir.

Qeyd edək ki, adı çəkilən vasitədən İngiltərədə 18 yaşdan yuxarı şəxslərin istifadəsinə icazə verilir. Bu maddə bədəni oksigensiz saxlayır və infarkta səbəb olur.





                 

Digər Xəbərlər