Müğənni Nadir Qafarzadə bir vaxtlar küsülü olduğu xalq artisti Faiq Ağayevlə bağlı etiraf edib. 

Axşam.az-ın məlumatına görə, ifaçı "Ən yaxşısı" verilişində deyib ki, həmkarına qarşı dedikləri üçün indi peşmandır: 

"Boynuma alıram ki, gərək etməzdim. Peşman oldum, bunu etiraf edirəm. Faiq Ağayevlə problemim olub. Düşünülməmiş idi. Pərdə qırıldı, ən çox da mən etdim. Yadıma salanda aramızda neqativ şeylər olub, pis oluram".


                 

Digər Xəbərlər