Model estetik qurbanı oldu

Model estetik qurbanı oldu
1736 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikada yaşayan türkiyəli model Nuray gözaltı torbalardan qurtulmaq üçün estetik əməliyyat etdirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticə modelin istədiyi kimi olmayıb. Belə ki, Nurayın üzündə şişlər artıb və daha da diqqət çəkməyə başlayıb.

Gənc model bunun üçün verilişlərdən birinə baş vurub. O, açıqlamasında bu sözləri deyib:

“Həkim gözlərimin altındakı şişin 10 gün sonra çəkiləcəyini dedi. Amma 15 gün keçdi və düzəlmədi. Bir neçə həkimə müraciət etdim. Heç biri məni müalicə etmək istəmədi”                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  

Qeyd edək ki, veriliş zamanı modelə kömək etmək istəyən həkimlər olub və artıq onun problemi həll edilib.