Bir vaxtların məşhur cütlüyü yenə bir araya gəlir

Bir vaxtların məşhur cütlüyü yenə bir araya gəlir
4802 dəfə oxunub
  • A-
  • A
  • A+
İllər öncə "Aşk-ı Memnu" serialında kamera qarşısına keçən aktyor Selçuk Yöntem və aktrisa Beren Saat yenə eyni layihədə bir araya gələcək.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikili bu dəfə "Netflix" istehsallı serialda bərabər görünəcəklər.

Dekabrın 14-də adı çəkilən şirkət Türkiyədə ilk serialının "Hakan: Muhafız"ın yayımına başlayır. Daha sonra isə ikinci ekran işi çəkilir ki, orada Beren baş rolda oynayacaq. Selçukla bərabər Saatın tərəf müqabilinin Mehmet Günsür olacağı bildirilir.