"Teatrda yatırdım..." - Azər

"Teatrda yatırdım..." -  Azər
706 dəfə oxunub
  • A-
  • A
  • A+

"Teatrda yatan vaxtlarım olub. Yeyəndə içməyə, içəndə yemək tapmadığım vaxtlar olub".

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı-aktyor Azər Axşam ARB TV-nin “Boş anlar” verlişində deyib. Aktyor gənclik illərində yaşadığı çətin günlərdən söz açıb:

"Bir şalvarı hər dəfə gecə yuyub, səhər qurudub geyinməyə məcbur idim. Ayaqqabım köhnəlib, onu rənglədib, başqa formaya salıb geyinirdim. O günlərimlə fəxr edirəm. Mənə elə gəlir ki, insanı insan edən çətinliklərdir. Çünki insan bütün həyatını yaxşı yaşasa, Allahdan uzaqlaşar".