"Qızımın toyunda Rüfətlə əlbəyaxa olduq" - Elariz

"Qızımın toyunda Rüfətlə əlbəyaxa olduq" -  Elariz
2092 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Öz evimizdir” verilişinin bu dəfəki buraxılışı mərhum sənətçi Rüfət Mehtiyevə həsr edilib.

Axşam.az-ın məlumatına görə, ifaçının dostu, müğənni Elariz Məmmədoğlu onunla bağlı xatirələrini bölüşüb:

“Böyük qızımın toyu idi. Evdə dedilər ki, toyda Rüfət Mehtiyev oxusun. Zəng edib dedim ki, toyu sən aparacaqsan. Dedi, baş üstə. Mən halallıq güdən insanam. Toyun sonunda bütün musiqiçilərin haqqını verdim. Rüfətə çatanda pul götürmədi. Dedi ki, sənin qızın mənim də balamdır. Əlbəyaxa olduq, az qaldı dalaşaq. Hətta ağır sözlər də dedi mənə. Qapıdan çıxana kimi düşdüm arxasınca, qaçıb getdi”.