Elzadan Dostəliyeva bacılarına sərt sözlər: "Siz də çaşın"

Elzadan Dostəliyeva bacılarına sərt sözlər:  "Siz də çaşın"
2301 dəfə oxunub
  • A-
  • A
  • A+
"Hamı onun da, mənim də xasiyyətimi bilir. Amma hər zaman onları görəndə kiçiklik etmişəm, yaxınlaşmışam. Hər şey qısqanclıqdan başladı. Əgər tələbə "Azərbaycanın səsi"nə gəlib iştirak edirsə, hər kəs sözünü deməlidir. Sən danışmırsansa, mən danışmamalıyam?".
 
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan "Zaurla Günaydın" verilişində deyib. Müğənni xalq artisti Nazpəri Dostəliyeva ilə aralarında yaşanan qalmaqaldan danışıb. Elza bildirib ki, bacısı Zeynəb Dostəliyeva onunla bağlı yalan açıqlama verib:

"Gəldi verilişdə dedi ki, Elza qapıma gəlib. Mən də məcbur oldum ki, açıqlama verim. Deyir, barışığa gəldi. Hər yerdə kamera var, mən bunu etməmişəm. Etmişəmsə, açın göstərin. Deyir, Elza, bacılara qarşı çaşma. Sizə çox hörmət etmişəm. Nankorluq edib, təkkəbbürlük kimi qəbul etdiniz. Hörməti "çaşma" bilirsiz.

Nazpəriyə qarşı çaşan elə birinci bacısı olub. Dediyiniz sözləri xatırlatmıram. Kaş, siz də mənim kimi çaşardınız. Siz də elə Seyidcahan, Dadaşova, Fidan-Xuraman Qasımova bacıları kimi əl-ələ tutun, səhnəyə çıxın. Hələ bir dəfə iki bacı əl-ələ səhnəyə çıxmayıb.

Qayıdıb deyirlər ki, anası qoğal bişirən olub. Bəli, anam övladlarını saxlamaq üçün qoğal bişirib. Bu nə ifadədir?

Sonra məni İlhamə Quliyeva ilə vurur. Şükür ki, bizim qalmaqalımız sözdə qaldı. Xoşbəxt bəstəkaram ki, İlhamə xanım məndən mahnı oxuyub. Sizi isə məhkəməyə verib. Mənə hörmətlə yanaşmaq əvəzinə, hörmətsizlik edir.

Zeynəb xanım, siz çox şey dediniz. Amma mən daha çox danışa bilərəm. Siz də mənim kimi çaşın, eybi yox".

Qeyd edək ki, Elza ilə Nazpəri arasındakı qalmaqal "Azərbaycanın səsi" yarışmasında başlayıb. Elza Dostəliyevanı tələbəsi adlandırıb. Nazpərinin bacısı Z.Dostəliyeva da Seyidcahanı tənqid edib.