Kazımovanın qalibiyyəti kimləri sevindirdi, kimləri susdurdu...

Kazımovanın qalibiyyəti kimləri sevindirdi, kimləri susdurdu...
4654 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, "Altın kelebek" mükafatına bu il xalq artisti Aygün Kazımova layiq görülüb. 

Axşam.az-ın məlumatına görə, diqqət çəkən məqamlardan biri şou-biznes nümayəndələrinin Kazımovanın fotosunu İnstaqram səhifələrində yayımlayaraq, təbrik etməməsi olub. Çünki tanınmışlar arasında bu dəb illərdir davam edir. Mükafat alanın, ad günü olanın şəklini yayımlayıb, təbrik etmək ənənəsi bu dəfə edilmədi.

Ən çox isə diqqətlər "Altın kelebek" mükafatına namizəd olan digər iştirakçılar Xatirə İslam, Günay İbrahimli, Aysel Əlizadə, Roza Zərgərli, Dilarə Kazımova, Səmra Rəhimlinin səhifəsinə yönəlib. Amma hadisədən bir neçə saat keçməsinə bamayaraq, onlar Kazımovanı mükafat alması münasibəti ilə təbrik etməyiblər. 

A.Kazımovanı sosial şəbəkədə təbrik edən isə prodüser Tarix Əliyev, aparıcı-müğənni Murad Arif, Ceyhun Əliyev və rejissor Nail Naiboğlu olub. Hətta Tolik "Hər şey daxil" verilişində Aygünü canlı efirə bağlayaraq onu təbrik edib.

Hazırda İstanbulda olan A.Kazımova sevincini bölüşərək bunları deyib:

"Əhval-ruhiyyəm superdir. Bütün təbrikləri oxuyuram. Saytların, pərəstişkarların təbrikini oxuyuram. Hamı bu sevincli halda birləşdi. Öz vətənini təmsil etmək başqa hisdir. Bu da bir qismətdir. Azərbaycandan ilk dəfə "Altın kelebek"ə namizəd mən olmuşdum, amma mükafat almamışdım. Vətənimin verdiyi qiymət, onu təmsil etmək gözəl hisdir".

Ötən gün diqqət çəkən məqamlardan biri də mükafatı Azərbaycana ilk gətirən əməkdar artist Röya Ayxanın paylaşımı olub. O, "Əminəm ki, hər il bunu bizə yaşadan layiqli və istedadlı biri olacaq. Qəbul edin ki, sizi ürəkdən təmsil edirəm və qeyd edim ki, tək Allah şahiddir, can atmadan bütün gözəlliklər önümə çıxır. Media bu mükafatı ilk gətirən Röyanı unutmasın" sözlərini yazaraq, İnstaqramında paylaşmışdı.