Aygünün geyindiyi paltarlar 9180 manatdır - Fotolar

Aygünün geyindiyi paltarlar 9180 manatdır -  Fotolar
3532 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova ötən gün "Altın kelebek" gecəsində çıxışı ilə yanaşı geyimiylə də diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, müğənninin gecədə geyindiyi hər iki paltar modelyer Rüfət İsmayılın kolleksiyasından olub. 

Kazımova ilk olaraq qırmızı xalçaya gümüşü rəngdə kostyumla çıxıb. Kostyumun qiyməti 1700 dollar, təxminən 2890 manatdır. 

Mükafat alan zaman isə Aygün qara paltar və çəkmədən istifadə edib. Rüfətin hazırladığı paltarın qiyməti 2500 dollar, təxminən 4250 manatdır. Çəkmə isə 1200 dollar, yəni 2040 manatdır. 

Ümumilikdə müğənninin geyindiyi paltarların qiyməti 5400 dollar, 9180 manat edib.