Aygün Kazımova Bakıya qayıtdı – Fotolar

Aygün Kazımova Bakıya qayıtdı – Fotolar
3774 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova Türkiyədə keçirilən “Altın kelebek” mükafatlandırma mərasimində “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyasına layiq görülüb.

Axşam.az-ın məlumatına görə, sənətçi artıq Bakıya qayıdıb. A.Kazımova hava limanından çıxarkən kameraların hədəfinə tuş gəlib.

O, ilkin təəssüratlarını bölüşüb və bu sözləri deyib:

"Çox maraqlı keçdi. Mükafata layiq görüldüm. Bu mənim üçün böyük bir uğurdur. Dostlarımın çoxundan təbriklər aldım. Hamısına təşəkkür edirəm".

Foto: İlqam CƏBİYEV