Hadisənin şlyapası lağa qoyuldu - Foto

Hadisənin şlyapası lağa qoyuldu - Foto
3206 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün nüfuzlu "Altın kelebek" mükafatlandırma mərasimi baş tutub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə tanınmışlar biri-birindən maraqlı və qeyri-adi geyimləri ilə diqqət çəkiblər.

Onlardan biri də müğənni Hadisə olub. "Ən yaxşı klip" nominasiyası üzrə qalib olan ifaçının şlyapası sosial mediada lağa qoyulub. İzləyicilər Hadisəni kavboya bənzədiblər.

Stilist Gülşah Saraçoğlu da verilişlərdən birində mərasimdə iştirak edən məşhurların geyimlərinə münasibət bildirərkən Hadisənin libasının düzgün seçilmədiyini qeyd edib. O, sənətçinin tərzi haqda belə deyib: "Şlyapa lazım deyildi, sinə də çox açıq idi".