"Tarixdən silinməyən qadın" - Röyadan Aygünə

"Tarixdən silinməyən qadın" - Röyadan Aygünə
4921 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Röya Ayxan Türkiyədə təşkil olunan "Altın kelebek" mükafatına layiq olan xalq artisti Aygün Kazımovanı təbrik edib.

Axşam.az xəbər verir ki, Röya rəsmi İnstaqram səhifəsinin hekayə bölməsində A.Kazımovanın şəklini paylaşaraq yazıb:

“Bilirsiniz ki, mən qaraya qara, ağa ağ deməkdən çəkinmədim. Bir çox yazı gördüm və məyus oldum. İlk öncə onu qeyd edim ki, gözəl xalqım, hər uğur pulla deyildir. Bəzən sadəcə dəyərimizi dəyərləndirə bilmirik. Bəli, mən gələndə bir insan təbriki ala bilmədim. Efirlərdə tənqiddən tutmuş təhqirlərə qədər ünvanıma eşitdim. Bir çox şey var. Media tərəfdən də incidim. Amma əsla buna ucuz yanaşmasına icazə vermərəm. İzlədim və bir çox şeyi yenidən dərk etdim. Sənətin yaşı yoxdur. Sən hər zaman sığınacaq yer və isti kəlimlərə ehtiyac duyursan. Ona görə də, mən tarixdən silinməyən qadına təbriklərimi və hörmətlərimi çatdırıram”.slam, Səmra Rəhimli yer alıblar.

Qeyd edək ki, ötən il Röya Ayxan “Azərbaycanın parlaq ulduzu” nominasiyasında qalib olub.