Yeni İl gecəsi ən çox o qazanacaq - Fotolar

Yeni İl gecəsi ən çox o qazanacaq - Fotolar
2573 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni il gecəsi ən çox qazanan məşhurların adı açıqlanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, birinci yerdə Hadisə gəlir. Belə ki, bayramda heyranları ilə görüşəcək ifaçı Yeni ilə 460 min lirə (təxminən 148 min AZN) ilə girəcək.



Daha sonra isə Bülent Ersoyun adı gəlir. O, 350 min lirə (təxminən 112 min AZN) qazanacaq.



Aşkın Nur Yengi Kiprdə konsert verəcək və 110 min lirə (təxminən 35 min AZN) alacaq.



Gülşən də Kiprdə səhnəyə çıxacaq və onun gəliri 300 min lirə (Təminən 96 min AZN) əldə edəcək.



Müğənni Sərdar Ortaç da Kiprdəki konsertindən 250 min lirə (təxminən 80 min AZN) alacaq.



Antalyada konsert verməyə hazırlaşan Demet Akalın da 250 min lirə (təxminən 80 min AZN) əldə edəcək.



Sibel Can Bülent Ersoyla eyni, yəni 350 min lirə (təxminən 112 min AZN) qazanacaq.



Kənan Doğulu isə Yeni İlə 400 min lirə (təxminən 128 min AZN) ilə daxil olacaq.