2018-ci ildə toyu olan məşhurlarımız - Siyahı

2018-ci ildə toyu olan məşhurlarımız -  Siyahı
4451 dəfə oxunub
  • A-
  • A
  • A+
2018-ci ilin son günlərini yaşayırıq. Geridə qoyduğumuz il tanınmışların həyatında müxtəlif hadisələrlə yadda qalıb. Bəziləri boşanmaqla, bəziləri valideyn olmaqla, bəziləri isə ailə qurmaqla gündəmə gəlib. 

Axşam.az 2018-ci ildə toyu olan məşhurların siyahısını təqdim edir: 

Əməkdar artist Nurlan Növrəslinin toyu ötən gün olub. Nevin adlı xanımla ailə qurmağa hazırlaşan müğənni nədənsə, gəlinsiz məclis edib.



Aktyorlar Ülviyyə Xəlilbəyli ilə Murad İsmayıl da bu il subaylığın daşını atıb. Onların nikahı yayda olsa da, toy dekabrın 3-də baş tutub.



Müğənni Vüsal Hacıyev Ayla adlı xanımla ailə qurub. Cütlüyün toyu noyabrın 26-da gerçəkləşib.



Aktrisa Ülviyyə Əliyeva Manaf adlı bəylə nikah masasına oturub. Onun həyat yoldaşı Rusiyada yaşayır. Toy 18 iyunda baş tutub. Bu, aktrisanın ikinci nikahıdır.



Müğənni Amil Həsənoğlu da 2018-ci ildə subaylığın daşını atıb. Sentyabrın 10-da baş tutan toyda isə gəlin olmayıb.



Müğənni Tunar Rəhmanoğlu isə uzun müddət nişanlı qaldığı Ülviyyə adlı xanımla bu ilin iyununda evlənib. Ayın 19-da baş tutan məclisə şou-biznesin tanınmış simaları qatılıblar.



Müğənni Ülviyyə Tağıyeva mayın 8-də ailə qurub. Onun toyuna az sayda məşhur qatılıb.



"Xəzər" telekanalının aparıcısı Ağakərim Əbülfəzoğlu da öz həmkarı Gülnarə ilə 29 iyun tarixində ailə qurub.



"Bozbash pictures" komandasından "Ağsaqqal" kimi tamaşaçılara tanış olan Azər Baxşəliyev mayın 11-də özünə toy edib. O, Nigar adlı rəssam xanımla ailə qurub.



Aparıcı Seyran Babayev Günel adlı xanımla aprelin 25-də ailə qurub.



Aparıcı Zaur Nəbioğlu da bu il subaylıqla vidalaşanlardan olub. Onun toyu isə aprelin 24-də gerçəkləşib.



Aparıcı Murad Əzimzadə də ikinci dəfə ailə qurub. Müjgan adlı xanımla evlənən Muradın toyu da apreldə baş tutub.



"Fəlakət" obrazı ilə tanınan Elşən Orucov isə ATV-nin əməmkdaşı İlahə adlı xanımla ailə qurub. Onun toyu isə martın 5-də gerçəkləşib.