"Xəyanətə görə bitən evliliklər..." - Əməkdar artist

"Xəyanətə görə bitən evliliklər..." -  Əməkdar artist
1954 dəfə oxunub
  • A-
  • A
  • A+
"Evlilik kimi mədəni birlikdəliyə imza atan cütlüklər subay zamanlarındakı bəzi sərbəstliklərindən vaz keçməyi bacarmalıdırlar. Kimsə də bunu istəmirsə, 2 yolu var: ya heç evlənməyəcək, nəticədə hər insan ailə quracaq kimi bir qanun yoxdur, ya da əvvəlcədən şərti şumda kəsəcək ki, xırmanda dalaşmalı olmasın".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. Aktrisa son vaxtlar sayı artan boşanma hadisələrinə münasibət bildirib. Xanlarova gənclərə məsləhət verərək bunları qeyd edib:

"Belə olan halda hər iki tərəfin də işi xeyli rahatlaşar, xəyanətlərə, məhdudiyyətlərə görə bitən evliliklər də azalar. Bir də ən vacibi xarakterinə bələd olduğun adamla "evlənim, sonra dəyişdirərəm" ümidiylə yola çıxmaq olmaz. Xarakter ən davamlı psixi xassədir".