Heydər Əliyev Fəxri Xiyabanda - Video+Fotolar

Heydər Əliyev Fəxri Xiyabanda - Video+Fotolar
2772 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin oğlu əsgər Heydər Əliyev babası Heydər Əliyevin məzarını ziyarət edib.

Axşam.az-ın məlumatına görə, mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, DTX-nın şəxsi heyəti, veteranlar və müvafiq hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər.

DTX-nın N saylı hərbi hissəsinin əsgəri olan Heydər Əliyev də əsgər yoldaşları ilə birlikdə Ümummili liderin anım gününə qatılıb. Onlar Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Həmin an lentə alınan görüntülər Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi "Facebook" səhifəsində yerləşdirilib.