Dərini nəmləndirir, cavan saxlayır

Dərini nəmləndirir, cavan saxlayır
3280 dəfə oxunub
  • A-
  • A
  • A+

Şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunan dəfnə yarpağının eyni zamanda təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edildiyini bilirdinizmi?

Axşam.az xarici mediaya istinadən bu barədə məlumat verir:

- Mərcimək, noxud və düyü kimi ərzaqların uzun müddət qurdlamadan saxlanılması üçün içərisinə bir-iki ədəd dəfnə yarpağı atmaq kifayətdir.

- Yarım litr suya 200 qr dəfnə yarpağı və 10 qr portağal qabığı əlavə edilərək 5 dəqiqə vam ocaqda qaynadılır, 10 dəqiqə ocaqdan kənarda dəmlənəndən sonra süzülür, balla qarışdırılır, həzmsizlik və iştahasızlıq zamanı hər dəfə yeməkdən qabaq 1 stəkan içilir.

- Dəfnə toxumu çeynəniləndə ağız qoxusunu aradan qaldırır.

- Dəfnə yarpağının dəmləməsi qızdırma zamanı hərarəti aşağı salır, tərlədici təsir göstərir.

- Dəfnə yarpağının dəmləməsi şiddətli başağrılarını aradan qaldırır.

- 100 qr dəfnə yarpağı 1 litr suda qaynadılır, qrip və soyuqdəymə zamanı gündə 3 dəfə 1 stəkan qəbul edilir.

- 100 qr dəfnə toxumuna bal əlavə edilərək qarışdırılır, alınan məcunun gün ərzində qaşıq-qaşıq yeyilməsi başağrıları, miqren, revmatizm və təngnəfəsliyə qarşı tətbiq olunur.

- Bundan başqa, dəfnə yarpağından hazırlanan şampun saç tökülməsinin qarşısını alır, saçlara yumşaqlıq və parlaqlıq verir.

- Dəfnə sabunu saç tökülməsi və kəpəklənməni azaldır, dəriyə nəmləndirici və cavanlaşdırıcı təsir göstərir, antiseptik xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir.

- Gənclik sızanaqlarında da dəfnə sabunundan istifadə xeyirlidir.

- Dolablara və paltarların arasına qoyulanda təbii qoxusu və antiseptik xüsusiyyətləri həşəratların çəkilib getməsinə səbəb olur.

- 10 ədəd dəfnə yarpağı və 2 çubuq darçın 1 litr suya əlavə edilərək 10 dəqiqə qaynadılır və hər gün 1 stəkan içilir. Nəticə elə ilk həftədən hiss olunmağa başlayır. Çayın 1 ay içilməsi qarın piylərini əridir.