"Qadın ürəyi ilə deyil, ağlı ilə sevsin" - Gülay

"Qadın ürəyi ilə deyil, ağlı ilə sevsin" - Gülay
2849 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülay Zeynallı "10-dan sonra" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, ifaçı qadınlara bir neçə məsləhət verib. O, xanımları ürəklə deyil, ağılla sevməyə səsləyib:

"Qadında belə bir xüsusiyyət var, sevəndə elə bilirsən ki, o, sənin həyatından heç vaxt getməz. Amma, qəlbi sınanda elə gedər sənin həyatından, düşünərsən ki, belə bir insan olubmu? Qadınların 99 faizi qəlbi ilə sevir. Ona gör də qadınla kişi ayrılanda ən çox əziyyəti də qadın çəkir".

Qeyd edək ki, Gülay idmançı Kamil Zeynallı ilə ailəlidir. Onların bir qızı var.