Tanınmışlar Heydər Əliyevi belə andı

Tanınmışlar Heydər Əliyevi belə andı
2131 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür.

Axşam.az-ın məlumatına görə, sənət aləminin tanınmış simaları Ulu öndərlə bağlı paylaşımlar edərək, onun xatirəsini yad ediblər.

Lalə Azərtaş: "10 may 1923-cü il... Siz hər zaman bizimləsiniz... Siz qəlblərə sevgi ilə həkk olunmusunuz. Sizə olan sevgidə sözlər acizdir".

Natavan Həbibi: "O, bütün həyatını xalqına həsr edən, vahid dövlət yaradan və bu dövləti nəhəng siyasətçi kimi idarə edən bir dahi idi. Ölkəmizin fəxri olan Heydər Əliyev bu gün bizimlə olmasa da, daim bütün azərbaycanlıların qəlbində sevgi, hörmət və dualar içində yaşamaqdadır. Qürur duyuram ki, Leyla xanım Əliyevanın öz babasına - Ulu öndərə ithaf etdiyi şeiri və bu sözlərə hörmətli Novruz Aslanın bəstələdiyi mahnını ifa etmişəm. Ümummilli liderimiz Heydər Əliyevi sevgi və hörmətlə anırıq".

Murad Dadaşov: "Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, böyük vətəndaş, hər birimiz üçün əziz və doğma insan, Prezident Heydər Əliyevin xatirəsini qürur və şərəflə anırıq".

Nigar Camal: "Allah rəhmət eləsin. Hər zaman bizim qəlbimizdə olacaqsınız".

Aybəniz Haşımova: "Ömrüm boyu dəmişəm və həmişə də deyəcəm: Dahi ustadlarımdan aldığım dərslərə, mənə musiqi dünyasının bütün aşılmaz qapılarını üzümə açdığınıza, məni Azərbaycan xalqının peşəkar musiqisinə gətirdiyinizə görə, sizə Heydər baba, ömrümün sonuna qədər borcluyam. Ən azı, mənim təhsil aldığım Bülbül adına orta ixtisas musiqi məktəbi, sonra Musiqi Akademiyası və İncəsənət Universitetində məhz sizin sayənizdə 100-dən çox tələbə təhsil aldı. Bu gün o insanların hamısı musiqi sahələrində çalışmasa belə, sayənizdə ali təhsil sahibləridir. Arzu edirəm bütün vəzifədə olanlar bu missiyanı davam etdirsinlər. Təhsil vermək savabdır. Qoy bu etdiyiniz savablar Heydər baba, əməl dəftərinizə yazılsın. Allah sizə rəhmət eləsin".

Firəngiz Mütəllimova: "Ulu öndərimiz Heydər Əliyevin anım günü. Allah rəhmət eləsin. Nurlar içində yatsın dahi insan. Biz sənət adamlarına etdiyiniz yaxşılıqları heç vaxt unutmarıq".

Rəşad İlyasov: "Ulu öndərə dərin hörmət və ehtiramla. Ruhunuz şad olsun".

Əkbər Əlizadə: "Azərbaycanın qurucusu və memarı Ulu öndər, Ümummilli lider Heydər Əliyev, hər zaman qəlbimizdə və yaddaşımızdasınız. Allah rəhmət eləsin".

Nərgiz Cəlilova: "Böyük şəxsiyyət, insan Heydər Əliyevi sevgi və hörmətlə anırıq".

Elvin Abdullayev: "Ulu öndərimiz, ruhunuz şad olsun".

Sevinc və Sevil Səfərova: "Tarixdən silinməyən dahi, ulu öndər Heydər Əliyev. Allah sizə rəhmət eləsin".

Roza Zərgərli: "Böyük lider, şəxsiyyət, siyasətçi, sizi sevgi və sayğıyla anırıq, Ulu öndər Heydər Əliyev. Ruhu şad olsun, Allah rəhmət eləsin".